Zelenski köməkçisini və üç müşavirini işdən çıxarıb

Ukrayna lideri Vladimir Zelenski Segey Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, sənəd prezidentin saytında dərc olunub.

Prezident eyni zamanda üç müşavirini – Mixail Radutski, Sergey Trofimov və Oleq Ustenkonu, həmçinin Hərbiçilərin hüquqlarının təminatı üzrə müvəkkili Alena Verbitskaya və Könüllülərin fəaliyyəti üzrə müvəkkili Natalya Puşkarevanı işdən azad edib.

Sərəncamda istefaların səbəbi göstərilməyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.