Zelenski Lavrovun Hitlerlə müqayisəsinə cavab verdi –"Qələbə günü ərəfəsində bu sözü necə demək olar?"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudilərin əsas antisemitlər olması və Adolf Hitlerin yəhudi əsilli olduğu barədə sözlərini şərh edib.

Azpost.info xəbər verir ki, Zelenski “Telegram”dakı videomüraciətində bu bəyanatı antisemit hücumu adlandırıb. “Nasizm üzərində qələbənin ildönümü ərəfəsində belə bir şeyi necə söyləmək olar? Lavrovun bu sözləri, nasistlərin cinayətlərinin günahını yəhudi xalqının üzərinə atması o deməkdir ki, Rusiya İkinci Dünya müharibəsinin bütün dərslərini unudub və ya bəlkə də heç vaxt bu dərsləri öyrənməyib”, – Zelenski deyib.

Qeyd edək ki, Zelenski məlum açıqlamasında Zelenskini Adolf Hitlerlə müqayisə edib. Lavrovun Hitlerin yəhudi əsilli olması ilə bağlı fikirləri İsrail hökumətinin də narazılığa səbəb olub. Rusiya səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb, ondan məlum ifadəyə görə üzrxahlıq tələb olunub. “Bu cür yalanlar yəhudiləri tarixdə onlara qarşı törədilən ən ağır cinayətlərdə ittiham etmək məqsədi daşıyır. Holokostdan siyasi məqsədlər üçün istifadəyə dərhal son qoyulmalıdır”, – İsrailin baş naziri Naftali Bennet deyib. Öz növbəsində, Holokost memorialının sədri Dani Dayan Rusiya XİN rəhbərinin bəyanatlarını təhqir və nasizm qurbanlarına ağır zərbə adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan ordusu yenə Kəlbəcəri atəşə tutdu, cavab atəşi ilə susduruldu

Sonrakı məqalə

“Putin mənə cavab vermir, qorxuram” –