“Zelenski qəzada çiddi xəsarət almayıb”- Ukrayna prezidentinin sözçüsü

Ukrayna prezidenti Vladimir Zelenskinin korteji qəzaya düşüb.

Azpost.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Agentliyin məlumatına görə, qəza gecə yarısı Kiyevin “Qələbə” meydanında baş verib.

Zelenskinin sözçüsü Sergey Nikiforov bildirib ki, qəza prezident korteji hərəkət edərkən baş verib. Bir minik avtomobil ölkə prezidentinin xidməti maşını və onu müşayiət edən digər avtomobillərlə toqquşub.

Ukrayna liderini müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə lazımi köməklik göstərərək onu təcili yardım həkimlərinə təhvil veriblər. Zelenski həkim müayinəsindən keçib və heç bir ciddi xəsarət aşkarlanmayıb.

Azpost.info

Əvvəlki məqalə

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

Sonrakı məqalə

MİDA-nın saytı yenə çökdü-