MİDA-nın saytı yenə çökdü-Mənzil satışı təxirə düşdü

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli Mənzil” informasiya sistemi çöküb.

Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub: “Sistemdə yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı yenidən təşkil olunacaq. Hələlik, tarix bəlli deyil”.

Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılmışdı.

Əvvəlki məqalə

“Zelenski qəzada çiddi xəsarət almayıb”

Sonrakı məqalə

Məhkəmə “Tərtər işi” ilə bağlı həbs olunan general barədə qərar verdi