Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Ukrayna prezidenti Vladimir Zelenski hazırki şəraitdə Rusiya ilə danışıqlara hazır olmadığını bildirib.

Bu barədə dövlət başçısı CNN televiziyasına müsaibəsində bildirib.

“Bu gün Rusiyanın konstruktiv olmaq üçün heç bir istəyi olmadığını görürəm. Mənim prinsipim budur: ultimatum verənlərlə heç nə danışmıram” – deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti bildirib ki, 2 ölkə arasında razılaşma yalnız Rusiya ordusu Ukrayna ərazisini tərk etdikdən sonra mümkün olacaq.

Əvvəlki məqalə

Cəlilabadda avtomobil qəzasında 7 nəfər xəsarət alıb

Sonrakı məqalə

Avropa İttifaqı Rusiya ilə viza rejimini sərtləşdirdi