Cəlilabadda avtomobil qəzasında 7 nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mədətli kəndi ərazisində qeydə alınıb. VAZ-2121 (Niva) və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfərin yaralandığı bildirilir.

Baş verən qəzada yaralıların adları məlum olub.

Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirdilər ki, yaralılar yaxın qohumlardır və rayonun Moranlı kənd sakinləridir. Bunlar:

1964-cü il təvəllüdlü Əbilov Ələddin Mirzəbala oğlu,

1969-cu il təvəllüdlü Əbilova Mənsurə Salman qızı,

2005-ci il təvəllüdlü Əbilova Güldanə Rafiq qızı,

2019-cu il təvəllüdlü Əbilova Ülviyyə Cavid qızı,

1990-cı il təvəllüdlü Əbilov Cavid Ələddin oğlu,

2015-ci il təvəllüdlü Əbilova Nazlı Cavid qızı və

2005-ci il təvəllüdlü Salayeva Bənövşə Rafiq qızıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Əvvəlki məqalə

“Ukrayna ordusu düşməni şimalda, cənubda və şərqdə qovur” –

Sonrakı məqalə

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi