Zelenski Rusiya ilə sülh danışıqlarına hazırdır –Qərb müharibənin başa çatmasını istəyir /Bloomberg

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların şərtlərini müzakirə etməyə və müharibəyə son qoymağa hazırdır.

Azpost.info-nun məlumatına görə, bu barədə Ukrayna prezidenti və Qərb dövlətlərinin liderləri nin danışıqlarından məlumatı olan bir sıra məmurlar Bloomberg-ə bildiriblər.

Onlardan birinin sözlərinə görə, Zelenskinin təklif etdiyi “qələbə planı” Vaşinqtonda sərin qarşılanıb. ABŞ rəsmiləri Kiyevdən gələn il üçün ehtiyac duyduğu hərbi texnika, sənayenin inkişafına yardım və maliyyə dəstəyi də daxil olmaqla, yol xəritəsini hazırlamağı xahiş ediblər. Ukrayna prezidenti planın detalları üzərində işləmək üçün Vaşinqtona köməkçilərini göndərib.

Nəşrin yazdığına görə, Qərb müttəfiqləri müharibəni bitirmək üçün konkret planın lehinə Kiyevə təzyiqləri artırıblar. Yüksək rütbəli məmur agentliyə bildirib ki, Kiyev öz planının bütün təfərrüatlarını hələ açıqlamadığına görə, Ukrayna rəsmiləri onlara növbəti manevrlər üçün yer yaradacaq strateji qeyri-müəyyənlik elementindən istifadə edə bilər.

Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqlarla tanış olan nəşrin digər həmsöhbətinin fikrincə, atəşkəs danışıqları zamanı ABŞ-dan etibarlı ikitərəfli təhlükəsizlik zəmanəti əslində Kiyevin alyansa üzv olması demək olacaq. Eyni zamanda Moskva Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinədir. Buna görə də bütün tərəfləri danışıqlar masasına oturtmağa hansı formulun kömək edəcəyi bəlli deyil.

Ukrayna prezident Zelenski 1991-ci il sərhədlərinə qayıtmağa və Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını ehtiva edən “sülh formulu”nu həyata keçirməkdə israrlıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.