Zelenski Rusiyanın Xarkovu müntəzəm atəşə tutmasının səbəbini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Xarkov şəhəri və vilayəti atəşə tutduğu hədəfin səbəbini açıqlayıb.

Zelenski bu barədə axşam videomüraciətində məlumat verib.

“Rusiyanın məqsədi tamamilə aydındır – onlar insanları Xarkovdan, regiondan qovmaq üçün hər şeyi etmək istəyirlər”, – deyə Zelenski əlavə edib.

Dövlət başçısı, həmçinin qeyd edib ki, Ukrayna mümkün qədər çox şəhər və yaşayış məskənini Rusiya təcavüzündən qorunması üçün mümkün olmayan hər şeyi etməlidir.

Qeyd edək ki, Rusiya Xarkovu gecə-gündüz müntəzəm atəşə tutmaqda davam edir.

Əvvəlki məqalə

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Vladimir Aksenov vəfat edib

Sonrakı məqalə

ABŞ Rusiyaya tətbiq edilən sanksiyaların müddətini bir il uzadıb