Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Zelenski Rusiyaya qarşı yeni planı açıqladı –

User 26 İyul 2026 - 19:03 (Last updated: 26 İyul 2026 - 19:03)
zelenski iclas

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dərin arxa cəbhəsinə endirilən uzaqmənzilli zərbələrlə bağlı müşavirə keçirdiyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, Ukraynanın müharibə çərçivəsində Rusiyaya qarşı həyata keçirdiyi uzaqmənzilli əməliyyatlar müəyyən edilmiş prioritetlərə uyğun davam etdirilir.

Prezident bildirib ki, Ukraynanın uzaqmənzilli zərbə imkanları artıq 3 min kilometri keçib və bu potensial daha da artırılır.

Onun sözlərinə görə, uzun illər Rusiyanın üstünlüklərindən biri hesab olunan geniş arxa cəbhə artıq Moskva üçün problemə çevrilir. Zelenski bunu Rusiyanın hava hücumundan müdafiə sistemlərinin böyük hissəsinin Moskva, dövlət iqamətgahları, Krım körpüsü və Sankt-Peterburqun ətrafında cəmləşdirilməsi ilə əlaqələndirib.

Prezident qeyd edib ki, Ukrayna pilotsuz uçuş aparatlarının Ural, Sibir və Moskvadan uzaqda yerləşən digər bölgələrdəki hədəflərə çata bildiyini artıq sübut edib.

Zelenskinin sözlərinə görə, bu il uzaqmənzilli əməliyyatlar planı çərçivəsində 1000-dən çox zərbə endirilib.

Bu zərbələr nəticəsində neft infrastrukturu, hərbi təyinatlı istehsal müəssisələri, Rusiyanın logistika şəbəkəsinin strateji əhəmiyyətli elementləri hədəfə alınıb.

Prezident bildirib ki, keçirilən müşavirədə əməliyyatların davam etdirilməsi təsdiqlənib və Rusiyaya təsir imkanları nəzərə alınmaqla prioritet hədəflərin siyahısı yenilənib.

Zelenski vurğulayıb ki, əsas məqsəd uzaqmənzilli təzyiq vasitəsilə Rusiyanı diplomatik həll yoluna daha da yaxınlaşdırmaqdır. Bunun üçün silah istehsalı komponentlərinin istehsalını pozmaq, neft sektoru və iqtisadiyyata zərbə vurmaq, həmçinin müharibənin nəticələrini Rusiyanın öz ərazisində hiss etdirmək hədəflənir.

Ukrayna lideri əlavə edib ki, Kiyev müharibənin ləyaqətli sülhlə başa çatması üçün Rusiyanın siyasi rəhbərliyinə bütün zəruri təklifləri təqdim edib.

“Bizim bütün tərəfdaşlarımız nə edilməli olduğunu bilirlər. Dəqiq zərbələrimiz real diplomatiya üçün zəruri şəraitin formalaşmasına kömək edir”, – deyə Zelenski bildirib.

Sonda o, Ukrayna Silahlı Qüvvələrinə təşəkkür edərək “Ukraynaya şöhrət!” ifadəsini işlədib.

AzPost.az

Post navigation

Previous: Kosmonavtlar 8 aydan sonra kosmosdan Yerə qayıtdılar
Next: Mingəçevirdə 911 alman əsgərinin məzarı var

Oxşar xəbərlər

rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34

xƏBƏR

rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
ABŞ administrasiyası İran ətrafındakı vəziyyətlə bağlı həm birbaşa, həm də vasitəçilər üzərindən çoxsaylı məsləhətləşmələrdə iştirak edir. Bunu...
Read more about ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.