Zelenski rüşvətə görə tutulan nazir müavinindən danışdı

Ukrayna prezidenti Vladimir Zelenski İcmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini Vasili Lozinskinin işdən çıxarılaraq tutulmasına münasibət bildirib.

Azpost.info xəbər verir ki, nazir müavini rüşvət almaqda şübhəli bilinir.

“Bu, hərəkətləri və davranışları ədalət prinsipini pozan hər kəsə siqnalımız olsun. Təbii ki, indi diqqət müdafiə məsələsinə yönəlibş Bu, xarici siyasət və müharibə məsələsidir. Amma bu, heç də o demək deyil ki, mən mərkəzdə və bölgələrdə cəmiyyətin onlar haqqında nə dediklərini görmürəm və eşitmirəm”, – Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, bu həftə yeni qərarlar veriləcək: “Bu qərarlar artıq hazırlanıb. Mən onları indi açıqlamaq istəmirəm, amma bütün bunlar ədalətli olacaq”.

Zelenski əlavə edib ki, xüsusi xidmət orqanlarında Ukrayna, müstəqillik və xalq əleyhinə fəaliyyətlərinə görə ən azı sanksiyalara layiq olan insanlarla bağlı məlumatlar var və onlara qarşı da addımlar atılacaq.

Azpost.info

Əvvəlki məqalə

Şarl Mişel Rusiyanın dondurulmuş 300 milyardını Kiyevə göndərməyə

Sonrakı məqalə

Minimum pensiyaların artımı 100 min vətəndaşı əhatə edəcək