Minimum pensiyaların artımı 100 min vətəndaşı əhatə edəcək

Minimum əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir. (APA)

Əvvəlki məqalə

Zelenski rüşvətə görə tutulan nazir müavinindən danışdı

Sonrakı məqalə

İndeksasiya nəticəsində pensiyalar 15 faiz artacaq