Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Zelenski Təhlükəsizlik Xidmətinin rəhbərini dəyişmək istəyir, işindən narazıdır”

User 24 İyun 2022 - 09:35 (Last updated: 21 May 2025 - 20:15)
20220325102755-8244

 

Ukrayna prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu daha uyğun biri ilə əvəzləmək istəyir.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

“Ukrayna hökuməti Bakanovun işindən son dərəcə narazıdır. Onu kimin əvəz edə biləcəyi hələlik məlum deyil”, – nəşr qeyd edir.

“Politico” Ukrayna prezidentinə yaxın olan dörd məmura və adı açıqlanmayan Qərb diplomatına istinad edir.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Zelenski yaxın çevrəsindən kiminsə işdən çıxarılmasının nəticələrindən narahatdır.

“Politico” yazır ki, indi Təhlükəsizlik Xidmətinin gündəlik əməliyyatlarının çoxu prezidentin ofisindən, xüsusən də Zelenski və onun ofisinin rəhbəri tərəfindən həyata keçirilir.

“Təhlükəsizlik Xidməti rəhbərinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatına münasibətindən çoxları razı deyil. Biz onun işindən, idarəçiliyindən son dərəcə narazıyıq və ondan qurtulmaq üçün çalışırıq”, – deyə adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmur deyib.

“Politico” qeyd edir ki, Ukrayna Təhlükəsizlik Xidmətində 30 mindən çox işçi çalışır. Bu, Britaniya kəşfiyyat xidməti MI5-də olduğunudan 7 dəfə çoxdur. Qurumun vəzifələrinə kəşfiyyat məlumatlarının toplanması ilə yanaşı, iqtisadi cinayətlərə və korrupsiyaya qarşı mübarizə də daxildir.

Azpost.info

Post navigation

Previous: Şimali Koreya hərbi gücünü artırır
Next: Dollar bu gün neçəyə olacaq?

Oxşar xəbərlər

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.