Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskini “sirk iti” adlandırıb.
Azpost.info xəbər verir ki, o, “Teleqram” kanalında yazıb ki, Qərb ölkələri və NATO-nun tədarük etdiyi silahlar olmadan Ukrayna bir gün də yaşaya bilməz.
“Çox sağlam olmayan insanların belə bir xüsusiyyəti var – başqalarını öz fobiyaları və problemləri ilə yükləmək. Yaşıl köynəkli bu fiqur NATO silahlarından və Qərbin pulundan min faiz asılıdır. Onlarsız Ukrayna bir gün belə, yaşaya bilməz. Bu məxluq heç təlxək də deyil, sadəcə sirk itidir”, – Medvedev yazıb.
Onun fikrincə, Zelenski özü özünə sərkərdə, böyük dövlət xadimi, ölkənin rəhbəri, dünya miqyaslı fiqur obrazını yaradıb: “Bu, onun psixoloji problemindən xəbər verir. Eyni zamanda, Qərb halüsinasiya görən bir məxluqun aldatmalarına inanır və ona pul, silah “iynələri” vurmağa davam edir”.
Azpost.info
