Zelenski Zalujnını hərbi xidmətdən azad etdi- Britaniyaya səfir göndərdi

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin silahlı qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını hərbi xidmətdən azad edib.

Azpost.info xəbər verir ki, Zelenskinin imzaladığı sərəncamda bunun Zalujnının sağlamlığına görə edildiyi qeyd olunub. Ona hərbi forma geyinməyə icazə verilib.

Başqa bir sərəncamla Zalujnı Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sərəncam Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

Azpost.info

Əvvəlki məqalə

Zelenski Ukrayna xüsusi əməliyyat qüvvələrinin komandanı vəzifəsindən azad edib

Sonrakı məqalə

“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb