“Zelenskinin 9 mayı Avropa Günü elan etməsi alçaqlıqdır”- VOLODİN

“Biz Qələbənin nələrə başa gəldiyini heç vaxt unutmayacağıq – 27 milyondan çox insan həlak oldu. Qələbə günü hamımızı – rusları, belarusları, ukraynalıları, qırğızları, erməniləri, tacikləri, özbəkləri, qazaxları, türkmənləri, SSRİ-nin dünyanı faşizmdən çiyin-çiyinə müdafiə edən digər xalqlarını birləşdirir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Onun fikrincə, belə bir vəhdət Vaşinqton və Brüsselə mane olur. Onlar tarixi yaddaşı silib, bayramı Kiyev üçün Avropa Günü ilə əvəz etməyə çalışırlar.

Volodin Qələbə gününü “müqəddəs bayram” adlandırıb və Ukrayna prezidenti Vladimir Zelenskinin hərəkətini dünyanın azadlığı uğrunda canlarından keçənlərə qarşı alçaqlıq adlandırıb: “Ukraynalıları qurban kimi NATO-ya təhvil verən Kiyev qanlı rejimi milli mədəniyyəti məhv etdi, inancı tapdaladı, əhalinin əksəriyyətinin danışdığı rus dilini qadağan etdi və indi tarixi yenidən yazır”.

Duma sədri əlavə edib ki, Böyük Vətən müharibəsi haqqında həqiqətlərin gələcək nəsillər üçün qorunub saxlanması vacibdir.

Qeyd edək ki, Zelenski 9 mayın Ukraynada Avropa Günü kimi qeyd edilməsi haqqında fərman imzalayıb.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Şuşada təməlqoyma mərasimlərində iştirak edib

Sonrakı məqalə

Dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Bəyanat verib