Zelenskinin ikinci müddətə prezidentliyə namizədliyi irəli sürüləcək

“Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası dövlət başçısı Vladimir Zelenskinin prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcək”.

Bu barədə partiyanın qurultayından sonra Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya keçirdiyi mətbuat konfransında məlumat verib.

“Biz Vladimir Zelenskidən ikinci dəfə prezident seçkilərində namizədliyini irəli sürməsini istəyəcəyik”, – deyə fraksiya rəhbəri əlavə edib.

Vladimir Zelenski prezident seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə qərarını hələ ki bildirməyib.

Qeyd edək ki, “Xalqın xidmətçisi” partiyasının qurultayı martın 13-də keçirilib. Qurultayda struktur dəyişiklikləri edilib, Siyasi Şuranın yeni tərkibi seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhriyar Məmmədyarov erməni şahmatçısı Levon Aronyana qalib gəldi

Sonrakı məqalə

“Lenin qələbəni rus xalqının əlindən aldı…Arvad paltarında qaçmamışam” –