Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Zəngəzur dəhlizi” Çinin “bir kəmər, bir yol” layihəsində

User 23 Aprel 2025 - 12:05 (Last updated: 21 May 2025 - 20:15)
Çinlə Azərbaycanın iqtisadi olaraq yaxınlaşması çox mühim hadisədir. Azərbaycan iqtisadiyyatının böyüməsi, Çin mallarının Azərbaycan üzərindən Avropa bazarlarına daşınması baxımından kifayət qədər önəmlidir. Azərbaycan Prezidentinin Çinə səfəri və mühim sənədlərin imzalanması, ölkəmiz üçün son dərəcə mühim uğurdur.
Rəsmi statistikaya görə 2023-cü ilin ilk on ayında Çindən Azərbaycana idxal 2,5 milyard dollar təşkil edib. Bu rəqəm ümumi ticarət dövriyyəsinin böyük hissəsini əhatə edir. Lakin eyni dövrdə Azərbaycandan Çinə ixrac isə 73,7 milyon dollar olub.
Azərbaycandan Çinə əsasən neft koksu, ilkin polietilen, yod, avadanlıq və komponentlər (hava və qaz kompressorları daxil olmaqla), reaktiv yanacaq, üzvi kimyəvi maddələr, pambıq lifi, dərman bitkiləri, ətir məhsulları, şokolad, siqaret, nar şirəsi, bal və şərab sənayesi məhsulları ixrac edilib.
Bu illər ərzində Azərbaycan, Çindəki müxtəlif şəhərlərdə ticarət evləri açıb.
Ən mühim məqam Azərbaycan, Çinlə ticarət əlaqələrini gücləndirərək, “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmizin strateji coğrafi mövqeyi Çin məhsullarının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Lakin nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan işlər hələ ki, yekunlaşmayıb. Gəlin bu məqama diqqət edək: 2024-cü ildə Azərbaycanın dəmiryolu ilə yükdaşımaları 18 500 000 ton təşkil edərək 2023-cü illə müqayisədə 1,4 % artıb. Lakin bu artım Çin kimi nəhəng iqtisadiyyatı olan ölkə ilə iqtisadi əlaqələri genişləndirib Avropaya körpü rolunu oynamaq üçün kiçik imkanlar deməkdir.
Daha vacib məqam Zəngəzur dəhlizinin açılmasıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa və bu dəhliz açılsa, o zaman nəinki Azərbaycan region ölkələrinin də iqtisadi həyatında bir iqtisadi sıçrayış baş verəcək.
Xüsusilə Çin “Bir kəmər, bir yol” (BRI) layihəsi çərçivəsində Qərb–Şərq xəttinin diversifikasiyası və təhlükəsizliyini önə çəkir. Zəngəzur dəhlizi bu təşəbbüsə mühüm töhfə olaraq, Çin mallarının Avropaya çatdırılmasında Bakı limanı, Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu ilə bərabər alternativ və daha etibarlı routelar təqdim edir.
Əgər dəhliz açılarsa, yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artacaq və logistika xərcləri azalacaq. Süveyş kanalı üzərindən aparılan ticarətin 12 %-ni əvəzləyən quru xəttinin mövcudluğu, həm dəniz nəqliyyatının, həm də hava yolu şəbəkəsinin yükünü yüngülləşəcək.
Prezident İlham Əliyevin “Sinxua” müsahibəsində vurğuladığı kimi, bu marşrut Pekin üçün Avropaya çıxışda “alternativ və təhlükəsiz yol” deməkdir ki, bu da iki ölkənin ticarət dövriyyəsinin artırılmasına birbaşa təsir edəcək .
Bəli məhz Zəngəzur dəhlizi Naxçıvanla birləşdirən yol vasitəsilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (Rəşt–Astara xətti) da fəaliyyətini gücləndirəcək, beləliklə həm Asiya–Avropa, həm də Şimal–Cənub marşrutları üzrə ticarət həcmləri artacaq.
Deməli Prezidentin Çinə səfəri mühim tarixi əhəmiyyət kəsb edir və bu təkcə iqtisadi baxımdan deyil, eyni zamanda regionun siyasi gələcəyi baxımdan çox mühim hadisədir.
Razi Abbasbəyli
iqtisadçı -ekspert

Post navigation

Previous: Kirayə böhranı böyüyür –
Next: İsrailin Baş naziri Netanyahunun Bakıya səfəri gözlənilir

Oxşar xəbərlər

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.