Zidan karantin qaydasını pozdu –Cərimələnəcək

“Real”ın baş məşqçisi  Zinəddin Zidan koronavirusa görə tətbiq olunan kranantin qaydalarını pozub.

Qol.az  “Sport.es”ə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Madriddən kənarda yerləşən kənd evinə gedib.

Onun ötən il aldığı evini ziyarət etdiyi bildirilir. Fransalı mütəxəssisin qayda pozuntusu sübut edilərsə, 1500 avro cərimələnə bilər.

Qeyd edək ki, “Real” mayın 18-dən məşqlərini bərpa edib. İspaniya La Liqasının iyunun 8-də davam etdiriləcəyi açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rayonlarda yağış yağıb –

Sonrakı məqalə

“Narkotik almaq üçün qızıl medalımı satdım” –