Zidan “Real Madrid”ə hər 19 matçda mükafat qazandırır

Fransız məşqçisi Zinəddin Zidan hazırda rəhbərlik etdiyi “Real Madrid” futbol klubuna hər 19 matçda titul qazandırır.

“Report” xəbər verir ki, “Real Madrid” Zidanın rəhbərliyi altında 209 matç keçirib və 11 titul qazanıb.

“Real Madrid” Zidanın baş məşqçiliyi ilə 3 dəfə Çempionlar Liqasını (2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərində), 2 dəfə Superkuboku (2016 və 2017-ci illər), iki dəfə İspaniya Superkubokunu (2017 və 2019-cu illər), iki dəfə Dünya klub çempionatını (2016 və 2017-ci illər), həmçinin İspaniya çempionatını (2016/2017 mövsümü) qazanıb.

Zidan 2016-cı ildən “Real”a rəhbərlik edir, amma bu halda 2018-ci ildən 2019-cu ilə qədər baş məşqçi vəzifəsinin icrasında fasilə olub. Fransız futbolçu 2001-ci ildən 2006-cı ilə qədər “Real Madrid”in heyətində oyunçu kimi çıxış edib və komanda ilə 6 mükafat qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alimlər ağır koronavirus xəstələrindəki çatışmazlığı müəyyənləşdirdilər

Sonrakı məqalə

“Bəhram Bağırzadənin vəziyyəti yaxşıdır”-