“Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq –Konfrans Liqası

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Nikosiyada Kiprin “Omoniya” kollektivi ilə qarşılaşacaq.

GSP stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab matçı bir həftə sonra “Liv Bona Dea Arena”da oynanılacaq.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Devrilmiş Baş nazirin diplomatik pasportu ləğv olundu