Əməkdar incəsənət xadimi Rauf Nərimanbəyli vəfat edib

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, tanınmış skripka ifaçısı professor Rauf Cəmil oğlu Nərimanbəyli vəfat edib. 
Azpost.info bildirir ki, bu barədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından məlumat verilib.
R. Nərimanbəyli  1990-2016-cı illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Kamera-ansamblı” kafedrasının müdiri vəzifəsində işləyib.
“Professor Rauf Cəmil oğlu Nərimanbəylinin vəfatı ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün kollektivi adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Allah rəhmət etsin!

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.