“Əbu Bəkr” məscidi yaxın zamanda fəaliyyətə başlayacaq –AÇIQLAMA

Nərimanov rayon Cümə məscidi (keçmiş Əbu Bəkr məscidi) yaxın zamanda fəaliyyətə başlayacaq.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, məsciddə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və məscidin yaxın zamanlarda açılışının olması gözləniləndir.

Qeyd edək ki, ibadət ocağının əsası 1997-ci ildə qoyulub. Məscidin memarı sovet modernizminin görkəmli nümayəndəsi Tələt Xanlarov olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.