“Əfqanıstan prezidenti Qani mənə dedi ki, ölənə qədər döyüşəcək” –

ABŞ dövlət katibi heyrətlənib
08 Sentyabr 2021 - 19:13

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani ölkəni tərk etməzdən az əvvəl ABŞ-ı əmin etmişdi ki, Taliban”la ölənə qədər mübarizə aparmaq niyyətindədir”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken “TOLOnews” əfqan telekanalına müsahibəsində bildirib.

“Ölkədən çıxmazdan bir gün əvvəl mənə dedi ki, ölənə qədər döyüşəcək”-deyə Blinken vurğulayıb. Dövlət katibi Qaniyə ölkəni tərk etmək üçün heç bir yardım etmədiklərini deyib. Blinken həmçinin bildirib ki, Qani ilə Əfqanıstanda hakimiyyətin ötürülməsini də müzakirə edib.