​YAP Ramiz Göyüşovun intim görüntüləri ilə bağlı açıqlama verdi:"Sədrliyinə xitam verilib...Partiyadan xaric ediləcək"

Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib”.

Bunu APA-nın sorğusuna cavab olaraq Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib.

Qeyd edilib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əfqanıstan prezidenti Qani mənə dedi ki, ölənə qədər döyüşəcək” –

Sonrakı məqalə

Gələn ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülüb