“Əfqanıstan prezidenti Qani mənə dedi ki, ölənə qədər döyüşəcək” –ABŞ dövlət katibi heyrətlənib

“Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani ölkəni tərk etməzdən az əvvəl ABŞ-ı əmin etmişdi ki, Taliban”la ölənə qədər mübarizə aparmaq niyyətindədir”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken “TOLOnews” əfqan telekanalına müsahibəsində bildirib.

“Ölkədən çıxmazdan bir gün əvvəl mənə dedi ki, ölənə qədər döyüşəcək”-deyə Blinken vurğulayıb. Dövlət katibi Qaniyə ölkəni tərk etmək üçün heç bir yardım etmədiklərini deyib. Blinken həmçinin bildirib ki, Qani ilə Əfqanıstanda hakimiyyətin ötürülməsini də müzakirə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kiçik qrantlar müsabiqəsi elan edəcək

Sonrakı məqalə

​YAP Ramiz Göyüşovun intim görüntüləri ilə bağlı açıqlama verdi: