Əfqanlar Tacikistana qaçırlar-

Gecə 374 nəfər də sərhədi keçib
15 İyul 2021 - 08:57

Ötən gecə “Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib. Onların 77-si qadın, 177-si uşaqdır. Qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəz xəbər verir ki, qaçqınlar Əfqanıstanın Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir.

Xatırladırıq ki, dünən Tacikistan sərhədini 128 qaçqın keçmişdi.

İndiyədək Tacikistana 1500 əfqan hərbçisi, 1512 mülki vətəndaş pənah gətirib.