ABŞ şirkəti SOCAR-ın yanacaqdoldurma məntəqələrində restoran açıb –FOTO

Ukraynada paytaxt Kiyevdə bu gün “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələrindən birində Amerika Birləşmiş Ştatlarının (ABŞ) dünyaca məşhur “Nathans famous” mətbəx brendinin açılış mərasimi olub.

Tədbirdə “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, ABŞ Dövlət katibinin köməkçisinin müavini Georgi Kent, ABŞ-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunder, “Nathans famous”un vitse prezidenti Ceyms Volker və digər qonaqlar iştirak ediblər.

Açılışda G. Kent ölkəsinə məxsus brendin dünya ölkələri üzrə fəaliyyətindən danışaraq Ukraynanın da artıq bu ölkələr sırasına qoşulduğunu qeyd edib. Onun sözlərinə görə, brendin SOCAR-a məxsus məntəqədə açılması ona görə əsaslanır ki, artıq bu Azərbaycan brendi dünyaca məşhurdur və insanların mütəmadi daha çox ziyarət etdiyi məkandır. Onun sözlərinə görə, SOCAR həyata keçirdiyi layihələrdə kifayət qədər rəğbət qazanıb.

Dünyada məşhur olan bu brend restoranlar şəbəkəsinə malikdir. SOCAR-ın Ukraynada 6 məntəqəsində bu brend fəaliyyətə başlayıb və Ukrayna üzrə mövcud bütün 57 məntəqədə fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanlar Tacikistana qaçırlar-

Sonrakı məqalə

Ordumuzun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub-