“Deputatların hamısı əlillik haqqında qanun layihəsini tənqid edir, sonda isə deyirlər ki, çox mütərəqi layihədir”.
Bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O layihəyə səs verməyəcəyini söyləyib:
“Birinci Qarabağ savaşının veteranları 28 ildir veteran kağızı ala bilmir. Vətən müharibəsi 7 aydır bitib, iştirakçılar elə bir deputat yoxdur ki, əlində sənədlə onun qapısını döyməsinlər. Buna niyə baxılmır?
Əlilliyin təyin olunması ilə bağlı mütəxəssislər var, dəvət edilsinlər. Layihəyə bir də baxsınlar”.
Deputat pensiya yaşının yüksək olması ilə əlaqədar narazılığa da toxunub:
“Pensiya məsələsi ilk dəfə İngiltərədə tətbiq edilib və 65 yaş müəyyən edilib. Bunu lağa qoyurdular ki, “ölü pensiyası”dır. İndi lağ elədiyimiz özümüzə qayıdır.
Mən səs verməyəcəm. Biz bu layihəyə niyə səs verək? Bu qədər tənqid edilirsə, otursunlar yenidən işləsinlər”.