“Əmr gəldi ki, Baxmutu tərk etsək, vətənə xəyanət kimi qiymətləndiriləcək”- Priqojin Şoyquya şərt qoydu

Yevgeni Priqojinin “Vaqner”in Artemovskda (Baxmut) daha bir neçə gün qalmağa davam edəcəyini bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, şəhərin tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçməsi üçün iki kvadrat kilometr ərazini almaq lazımdır.

“Artemovski tərk etməyəcək, daha bir neçə gün döyüşəcəyik. Sonrasına baxarıq”, – Priqojin deyib.

Priqojin bildirib ki, döyüş əmri alıb və orada deyilir ki, o və “Vaqner”in döyüşçüləri hazırkı mövqelərini tərk etsələr, bu, vətənə xəyanət kimi qiymətləndiriləcək. Buna cavab olaraq Priqojin qeyd edib ki, vəd edilən döyüş sursatını almayacağı təqdirdə döyüşçülər Artemovski tərk edəcək, bu zaman da Ukrayna Silahlı Qüvvələrinin Rostova gələcək.

Priqojin Müdafiə Nazirliyindən tələb olunan sursatın cəmi 10 faizini aldığını bildirib. O bildirib ki, mayın 9-da sursatı ala bilməsə, internetdə vəziyyəti tam izah edən video yayımlayacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.