“Ən çox kibertəhdidləri Rusiya və İran saytları yaradır” –Dövlət Xidmətinin idarə rəisi

Ən çox kibertəhdidləri Rusiya və İran saytlarından yüklənən proqram təminatları yaradır.

Bunu “Fintex Sammit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Tural Məmmədov bidirib ki, bu ölkələrin saytlarından yüklənən proqram təminatı və əməliyyat sistemlərinin 80-90%-i zərərvericilərlə təmin edilib.

O əlavə edib ki, “Azstatnet” şəbəkəsi üzrə 193 milyondan çox zərərli keçid təhlükəsizlik divarları, 3 milyondan çox zərərli keçid mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə, 35 mindən çox hallarda hədəflənmiş zərərli fayl “Sandbox” sistemi ilə və 744-dən çox xüsusi indikator xüsusi hədəflənmiş kiberhücumların içərisindən çıxarılıb və dövlət qurumlarının təhlükəsizliyi təmin edilib

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.