Ən çox pul dövlət sektorunda çalışanların maaşları üçün ayrılıb –RƏQƏMLƏR

Pensiya
Pensiya
“Statistika Komitəsi milli hesablarla bağlı son göstəriciləri açıqlayıb. 2021-ci ildə iqtisadiyyat üzrə əmək ödənişi xərclərinin payı 25%-ə çatıb. Müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrdə bu göstərici 50%-in üzərindədir, hətta 60% ətrafında olan ölkələr var”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, iqtisadiyyatın sahələri üzrə əmək ödənişi xərclərinin ən yüksək olduğu seqment dövlət idarəetməsi olub. Burada xərclər təxminən 3 mlrd. manatdır. 2-ci sırada 2.8 mırd. manat əmək ödənişi xərcləri ilə təhsil sektoru gəlir.
“İqtisadiyyat üzrə əlavə dəyərin az qala 40%-nin formalaşdığı mədənçıxarma sənayesində işçilərin əməyinin ödənilməsinə 1.8 mlrd. manat sərf edilib. Bütövlükdə emal sənayesi üzrə bu göstərici 1.6 mlrd. manat olub”-deyə ekspert bildirib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.