Ərdoğan Ağdamdakı Monitorinq Mərkəzinin türk hərbçiləri ilə görüşüb

16 İyun 2021 - 19:26

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfəri çərçivəsində Bakıda Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbçilərlə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyası özünün “Twitter” səhifəsində  məlumat paylaşıb.

“Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan missiyası qrupunda yer alan hərbçilərlə görüşüb”, – deyə məlumatda bildirlib.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-dan etibarən fəaliyyətə başlayıb.