Ərdoğan bu gün Azərbaycan parlamentində çıxış edəcək

16 İyun 2021 - 09:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.

Türkiyə lideri iclasda çıxış edəcək.

Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. dünən o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşa şəhərində olub.