“Öncədən Səhiyyə nazirimiz də, mən də bu kampaniyada iştirak edəcəyimizi bildirdik və buna əməl etdik. Başda siyasi liderlərimiz və millət vəkillərimiz olmaqla, digər şəxslərimiz də peyvənd olunma kampaniyasına qoşularlarsa, pandemiya əleyhinə mübarizəmizə daha çox faydası olar”.
Bunu Ankara Şəhər Xəstəxanasında koronavirusa qarşı peyvənd olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peyvəndolunma prosesindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ərdoğan Ankara Şəhər Xəstəxanasının heyətinə göstərdiyi xidmətə görə təşəkkür edib.
Qeyd edək ki, Türkiyə Prezidentindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digər dövlət səlahiyyətliləri də peyvənd olunublar. (APA)