Ərdoğan sabah Paşinyanla danışacaq –"Xəbərdarlıq edəcəyəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan ilə sabah telefon danışığı aparacaq.

Bu barədə, o, G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar qəbuledilməzdir: “Avrupa İttifaqı ölkələri də bunu qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Sabahki danışdığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışırlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.