Ərdoğan və Ruhani koronavirusa qarşı mübarizə məsələlərini müzakirə ediblər

22 Aprel 2020 - 18:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

APA-ınn Türkiyə bürosunun “TRTHaber”ə istinadla verdiyi xəbərə görə, telefon söhbətində hər iki lider yeni növ koronavirusla (COVİD-19) mübarizə tədbirləri, ikitərəfli əlaqələr və regional məsələlər haqqında müzakirə aparıblar.