Ərdoğanın Albaniyaya səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Albaniyaya səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində strateji ortaq olan Türkiyə və Albaniya münasibətlərinin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

R. T. Ərdoğan 2019-cu ildə Albaniyada zəlzələ zamanı evlərini itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində tikilən evlərin təqdim edilməsi mərasimində də iştirak edəcək.

Tiranada isə yenidən qurulmuş Ethem Bəy məscidinin açılışı olacaq. Türkiyə Prezidenti Albaniya parlamentində də çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Biz sülh təklifimizi vermişik, indi seçim ermənilərindir” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub