Ərdoğanın andiçmə mərasimində Rusiyanı kim təmsil edəcək?- Açıqlama

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Ərdoğanın andiçmə mərasiminin iyunun 3-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, seçkilərin ikinci turunun nəticələrinə görə, Ərdoğan rəqibi Kamal Kılıçdaroğlunu məğlub edərək 52 faizdən çox səs toplayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.