Ərdoğanın müşaviri ilə Baydenin müşaviri Türkiyə-ABŞ münasibətlərini müzakirə edib

03 Fevral 2021 - 01:35

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan arasında telefon danışığı olub.

Dövlət rəsmiləri Türkiyə-ABŞ ikitərəfli münasibətləri başda olmaqla Suriya və Liviya böhranları, Şərqi Aralıq dənizindəki və Əfqanıstandakı vəziyyət, Kipr problemi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, qlobal iqlim dəyişikliyi mövzuları ətrafında müzakirələr aparıblar.

Bildirilir ki, söhbət zamanı gündəlikdə olan digər məsələlərlə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.

İki müttəfiq ölkənin yeni mərhələdə güclü və davamlı bir əlaqə modeli ortaya qoyulmasının gözlənildiyi ifadə edilən söhbətdə NATO ittifaqının gücləndirilməsi, regionda və beynəlxalq aləmdə sülh və sabitlik yaradacaq addımların atılması istiqamətində fikir mübadiləsi aparılıb.