Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən yayılan açıqlamada bildirilib.

Liderlər Türkiyə-Rusiya arasında ticarət əlaqələrinin artırılması, Dağlıq Qarabağ və Suriya mövzuları başda olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə birlikdə Dağlıq Qarabağda quracağı Birgə Nəzarət Mərkəzinin fəaliyyətə başlamasını gözlədiklərini deyib və Ermənistan tərəfinin müqavilə ilə bağlı öhdəliklərindən yayınmasına icazə verilməməsinin lazım olduğunu bildirib.

Telefon söhbətində Ərdoğan ATƏT-in Minsk Qrupunun digər həmsədrləri tərəfindən bölgədə sülhü kölgə altına almağa yönəlmiş tənqidlərini anlamağın mümkünsüzlüyünü də vurğulayıb. (APA)

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir