Kəlbəcəri boşaldan erməni hərbçiləri hərbi hissələrini partladıblar –VİDEO

Bu gecədən etibarən işğal altında olan Kəlbəcər rayonu Azərbaycanın Ordusunun nəzarətinə keçəcək. Erməni hərbi birləşmələri noyabrın 9-da əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Kəlbəcəri boşaldarkən hərbi hissələri, kazarmaları da partlatmağı unutmur.

“RİA Novosti” Kəlbəcərdə erməni hərbçiləri tərəfindən hərbi hissənin binasının partladılması anını lentə alıb.

Qeyd edək ki, Kəlbəcəri boşaldan ermənilər tək hərbi obyektləri deyil, yaşadıqları evləri yandırır, ağacları kəsir və hətta yaxın qohumlarının məzarlarını qazaraq sümüklərini də özləri ilə aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub –

Sonrakı məqalə

Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıblar