“Yeni Klinika”ya mətbuat katibi təyin olundu

Jurnalist İlham Məmmədzadə “Yeni Klinika”da İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Məlumatı jurnalistin özü də təsdiqləyib.

“Göstərdiyi etimada görə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin və “Yeni Klinika” Publik Hüquqi Şəxs rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bu etimad və güvən üzərimə böyük məsuliyyət qoyur. Dövlətimizə və xalqımıza xeyirli, uğurlu olsun!”, – İ.Məmmədzadə bildirib.

İlham Məmmədzadə 2007-2008-ci illərdə “Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və “Ekspert” jurnalinda analitik kimi çalışıb. 2000-2010 illər ərzində “Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.

2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində müdir müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.

2012-ci ildən 2014-cü il yanvarın 14-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.

2014-cü ildən 2019-cu ilədək isə “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.