“Ədliyyə Nazrliyi bizə deyir ki, 5000 üzvün imzası lazımdır…” –Pənah Hüseyndən AÇIQLAMA

“Ədliyyə Nazrliyi bizə deyir ki, 5000 üzvün imzası lazımdır. Bu tələb qanunsuzdur”. 

Bu barədə Azpost.info-ya keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının qurucusu Pənah Hüseyn sənədlərin qeydiyyatı ilə bağlı yaranmış problemi şərh edərkən bildirib.

O əlavə edib ki, 11 dekabr 2022-ci ildə AXP-nin V qurultayı keçirilib. Lakin Ədliyyə Nazirliyi qurultayın nəticələrini hüquqi fakt kimi qeydə almır. “Mənim fikirlərim bu barədə olub. Partiyanın qeydiyyata alınması başqa prosedurdur. Biz hələlik V qurultayın nəticələrinin hüquqi fakt kimi qeydə alınmasını tələb edirik. Təsəvvür edin, partiyanın seçkili orqanlarının səlahiyyət müddəti bitib, bu baxımdan qurultay keçirilib, eyni zamanda nizamnaməyə müəyyən dəyişikliklər edilib. Amma bütün bunlar hüquqi fakt kimi qeydə alınmır. Bu o deməkdir ki, indi hamı havadadır”, – deyə Pənah Hüseyn vurğulayıb.

Keçmiş baş nazirin sözlərinə görə, sənədlər qurultaydan 12 dekabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyinə göndərilib. “Dekabrın 27-də bizə cavab verildi ki, təqdim edilən sənədlərə AXP Nizamnaməsinin 1-ci redaksiyada əsli əlavə edilməyib və Nizamnamənin 2-ci redaksiyasının titul səhifəsində, AXP-nin qeydiyyat ilinin 1999-cu il əvəzinə 1992-ci il kimi göstərilib. Biz bunları düəzldib yenidən sənədləri təqdim etdik. Bu dəfə yanvarın 5-i tarixi ilə yanvarın 16-da cavab gəldi ki, bu dəfə də titul səhifəsində vəzifəli şəxs düzgün göstərilməyib, eyni zamanda Nizamnamədə sıralamada uyğunsuzluq var. Bu texniki səhvləri də düzəldik.

İndi isə deyirlər ki, 5000 üzvün imzası lazımdır. Bu tələb qanunsuzdur. Çünki qurultayın nəticələrinin hüquqi fakt kimi qeydə alınması “Siyasi partiyalar haqqında” Qanunla deyil, “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Digər tərəfdən, partiyalara 6 ay vaxt verilib. Biz də bu müddət ərzində üzvlərimizin sayını təqdim edə bilərik, bu istiqamətdə də işlər gedir” –deyə P.Hüseyn bildirib.

Sabiq Baş nazir deyib ki, sənədlərlə bağlı yenə müraciət edəcəklər: “Əgər alınmasa məhkəməyə müraciət edəcəyik”

Hüseyn

Əvvəlki məqalə

“10 milyon manat sərf olunmuş onlayn sistem necə çökə bilər, biabırçılıqdır” –

Sonrakı məqalə

“Pekin Moskvanı hərbi texnika ilə təmin edir” –