Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Pekin Moskvanı hərbi texnika ilə təmin edir” –

User 24 Yanvar 2023 - 14:24 (Last updated: 21 May 2025 - 20:15)
regnum_picture_16185594521814942_normal

ABŞ Çinin dövlət şirkətlərindən Rusiyaya yardımla bağlı sübutlar toplayıb və Pekinə təqdim edib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən yazıb.

“Bloomberg” mənbələri Vaşinqtonun Rusiya yardımı ilə konkret nə demək istədiyini açıqlamayıblar. Sadəcə qeyd ediblər ki, söhbət öldürücü olmayan hərbi texnika və iqtisadi dəstəkdən gedir.

Co Bayden administrasiyası rəsmi Pekinin bu şirkətlərin hərəkətlərindən xəbərdar olub-olmadığını öyrənməyə çalışır. ABŞ hesab edir ki, Pekinin dəstəyi Rusiyaya ABŞ və müttəfiqlərinin tətbiq etdiyi sanksiyaların nəticələrindən qaçmağa kömək edir. Bayden administrasiyası artıq bununla bağlı Pekinə xəbərdarlıq da edib.

“Bloomberg”in həmsöhbətləri Çinin dövlət müəssisələrinin fəaliyyətini Rusiyaya şüurlu yardım kimi qiymətləndiriblər. ABŞ Milli Təhlükəsizlik Şurası və Mərkəzi Kəşfiyyat İdarəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Çinin Vaşinqtondakı səfirliyi isə agentliyin sorğularına cavab verməyib.

Agentliyin məlumatına görə, ABŞ administrasiyası Pekinin bəyanatlarının əksinə olaraq, Çinin Ukraynadakı münaqişə ilə bağlı neytral mövqe tutmadığına əmindir. Vaşinqtonun Rusiya iqtisadiyyatından uzaqlaşmaq çağırışlarına baxmayaraq, ölkə Moskva ilə ticarət əlaqələrini də gücləndirib. Ölkənin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə Çin və Rusiya arasında ticarət əvvəlki illə müqayisədə 29,3 faiz artaraq 190,3 milyard dollara çatıb. Çinin mal ixracı 12,8 faiz artaraq 76,1 milyard dollara, Rusiyadan idxal isə 43,4 faiz artaraq 114,1 milyard dollara yüksəlib.

“Bloomberg” yazır ki, ABŞ-ın strategiyası Rusiya hökumətini təcrid etmək və ölkə iqtisadiyyatını boğmaq üzərində qurulub və dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çindən dəstəyin artması onu əhəmiyyətli dərəcədə sarsıda bilər.

ABŞ dəfələrlə Çinə Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən yayınmağın nəticələri barədə xəbərdarlıq edib və Pekini sanksiyalarla hədələyib. Vaşinqton həmçinin Pekinin Rusiya hərbi əməliyyatına maliyyə dəstəyi verə biləcəyini istisna etməyib. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə bilərəkdən qadağalardan yan keçmir və Moskva ilə sadəcə normal ticarət əlaqələri saxlayır.

“Çin Ukraynadakı münaqişənin tərəfi deyil. Düşünmürük ki, bu, bizim hansısa ölkə ilə ticarətimizə təsir göstərməlidir”, – Çin XİN bildirib.

Azpost.info

Post navigation

Previous: “Ədliyyə Nazrliyi bizə deyir ki, 5000 üzvün imzası lazımdır…” –
Next: “Rusiya Azərbaycan və Ermənistanla Laçın yolu ilə bağlı dialoqu davam etdirir”

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Təsəvvür edin: Ayın səthindəsiniz. Ətrafınız boz torpaq, qayalar və saysız-hesabsız kraterlərdir. Başınızı qaldırıb qara kosmosa baxırsınız və...
Read more about Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.