Əfqanıstan Baş Nazirinin iştirak etdiyi tədbirə silahlı hücum- 23 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən tədbirə edilən silahlı hücumda 23 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Kabilin Musalla bölgəsində həzəraların keçmiş lideri Abdul Əli Məzarinin anım tədbirinə silahlı hücum edilib. Tədbirdə Baş Nazir Abdullah Abdullah da iştirak edib. Onun xəsarət almadığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhəmməd Əmin Rəsulzadənin anım mərasimi keçirilib

Sonrakı məqalə

Şəhid əsgər Cəlilabadda dəfn edilib