Əfqanıstan prezidenti 1,5 min “Taliban” məhbusunu əfv edib

Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” hərəkatının həbs olunan üzvlərinin əfv olunması və azadlığa buraxılması barədə fərman imzalayıb.

Azərtac TOLO News telekanalına istinadla xəbər verir ki, bu barədə dövlət başçısının nümayəndəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, əfv fərmanına əsasən, 1,5 min nəfər azad olunacaq. Əfv edilən məhbusların biometrik məlumatları toplanacaq və onlar bir daha hərbi əməliyyatlarda iştirak etməyəcəklərini yazılı şəkildə təsdiqləyəcək.

Xatırladaq ki, fevral ayının 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, martın 10-dan etibarən “Taliban” hərəkatı ilə Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranlı deputat koronavirusdan sağaldı

Sonrakı məqalə

Natəvanın abidəsinə qarşı vandalizm: