“Əfqanıstan Rusiyadan neft və qaz alacaq” –Taliban rəsmisi

“Əfqanıstan Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Kabil Rusiyadan qaz və neft almağı planlaşdırır”.

Azpost.info xəbər verir ki, bunu Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval bildirib. Onun sözlərinə görə, Əfqanıstan hökuməti konkret müqavilələr imzalamağa hazırdır: “Biz biznes və maliyyə sahəsində danışıqlar aparırıq. Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək əzmindəyik və çox istəyirik ki, münasibətlərdə irəliləyiş olsun. Konkret sahələrə gəlincə, biz yanacaq, qaz almaqda maraqlıyıq, bu, ilk növbədə ölkəmizə lazımdır”. Taliban hökumətinin Əfqanıstanın Moskvadakı müvəqqəti işlər vəkili Camal Nasir Qarval vəzifəsinin icrasına aprelin 29-da işə başlayıb. Rusiya Xarici İşlər Nazirliyi əfqan diplomatın təyinatını tamhüquqlu ikitərəfli diplomatik təmasların bərpası yolunda addım adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisdə Qarabağ veteranlarına verilən müavinətin 202 manata qaldırılması təklif olunub

Sonrakı məqalə

“Rusiyaya qarşı sanksiyalar yeni hərbi münaqişələrə səbəb olacaq” –