“Əfqanıstan şəriət qanunları ilə idarə ediləcək” –“Taliban” lideri Axundzadə bəyanat verdi

“Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanda şəriət qanunlarının qüvvədə olacağını söyləyib.

RİA Novosti xəbər verir ki, bununla bağlı “Taliban” lideri bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi məsələləri müqəddəs şəriət qanunları ilə tənzimlənəcək: “Biz qonşularımızla və digər ölkələrlə hörmət və qarşılıqlı əlaqəyə əsaslanan güclü və sağlam münasibətlər istəyirik. Bu ölkələrlə münasibətlərimiz Əfqanıstanın maraq və mənfəətləri üzərində qurulacaq. Biz bütün beynəlxalq qanunlara, razılaşmalara, qətnamələrə və öhdəliklərə sadiqik”.

Bəyanatda daha sonra vurğulanıb ki, “İslam Əmirliyi” (“Taliban” siyasi sisteminin adı) müqəddəs İslam dininin tələbləri daxilində insan haqlarını, azlıqlarını qorumaq üçün ciddi və təsirli addımlar atacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Portuqaliya-Azərbaycan oyunu –

Sonrakı məqalə

Portuqaliya Azərbaycan yığmasını Bakıda məğlub etdi –