Portuqaliya Azərbaycan yığmasını Bakıda məğlub etdi –HESAB

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşıb.

Millimiz A qrupunun favoritini Bakı Olimpiya Stadionunda qəbul edib. Bakıya Kriştiano Ronaldosuz gələn Fernandu Santuşun yetirmələri matçın taleyini ilk yarıda həll edib.

Maksim Medvedev və Anton Krivotsyukun xidmətindən məhrum millimiz rəqibin hücumları qarşısında tab gətirməyib. Fasiləyədək iki qol vuran portuqaliyalılar ikinci hissədə fərqi darmadağına çatdıraraq Bakıda asan qələbə qazanıblar.

Qeyd edək ki, qrupumuzun bu gün keçirilən digər oyununda İrlandiya Serbiyanı qəbul edəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
VI tur, A qrupu
7 sentyabr
20:00. Azərbaycan – Portuqaliya – 0:3
Qollar: 
Bernardo Silva, 26, Andre Silva, 31, Dioqo Jota, 75
Baş hakim: Marko Quida (İtaliya)
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 18. Şəhriyar Əliyev, 17. Toral Bayramov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sərtan Taşkın, 16. Anatoli Nuriyev, 21. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gereyro, 6. Joao Palinya, 8. Joao Moutinyo (k), 9. Andre Silva, 10. Bernardo Silva, 11. Bruno Fernandes, 20. Joao Kanselo, 21. Dioqo Jota
Ehtiyat oyunçular: 12. Entoni Lopes, 22. Dioqo Kosta, 2. Nelson Semedo, 7. Fransisko Trinkao, 14. Dominqos Duarte, 19. Nuno Mendes, 13. Danilo Pereyra, 18. Ruben Neves, 23. Joao Mario, 16. Otavio Monteyro, 17. Qonçalo Qedeş, 15. Rafa Silva
Baş məşqçi: Fernando Santuş
Bakı Olimpiya Stadionu

1 Portuqaliya 5 4 1 0 11-4 13
2 Serbiya 4 3 1 0 11-6 10
3 Lüksemburq 4 2 0 2 5-8 6
4 İrlandiya 4 0 1 3 4-7 1
5 Azərbaycan 5 0 1 4 3-9 1
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əfqanıstan şəriət qanunları ilə idarə ediləcək” –

Sonrakı məqalə

Azarkeşlər Bakıda meydana girdilər, Fernandeslə “selfi” çəkib qaçdılar –