Əfqanıstanda prezident sarayına raket zərbəsi endirilib

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayı istiqamətində bir neçə raket zərbəsi endirilib.

Bu barədə “Sinxua” xəbər agentliyi hökumət nümayəndəsinə istinadən məlumat yayıb.

Dağıntılar və ya itkilərlə bağlı hələlik heç bir məlumat açıqlanmayıb.

Əfqanıstanın “Tolo News” telekanalı isə raket zərbələrinin Qurban Bayramı şərəfinə dua edilərkən atıldığını bildirib.

Digər yerli televiziya kanalı “1 TV”nin məlumatına görə, sarayın yaxınlığında üç partlayış səsi eşidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusun “Lyambda” ştammı da 30 ölkəyə yayılıb –

Sonrakı məqalə

Naxçıvandakı mövqelərimiz atəşə tutulub –